Türk dövlətləri arasında dini əlaqələrin gücləndirilməsi olduqca vacibdir - Bağdad Amreyev

16:34 19.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türk dövlətləri arasında dini əlaqələrin gücləndirilməsi olduqca vacibdir.

Hafta.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin üçüncü görüşündə çıxışı zamanı deyib. O bildirib ki, ölkələr arasında dini qurumlar sahəsində təcrübə mübadiləsinin aparılmasına ehtiyac var. İslamofobiya ilə mübarizədə ortaq mübarizə sərgiləməliyik. Həmçinin irqi və dini ayrı-seçkiliyə qarşı təcili qərarlar qəbul etməliyik.

Bağdad Amrayev deyib ki, hazırda ölkələrimiz çox fərqli sınaqlardan keçir. Bunlar qeyri-müəyyənlikləri də özü ilə birgə gətirir. Bu vəziyyət həm ölkələrimizə və xalqlarımıza, həm də ayrı-ayrı icmalara öz mənfi təsirini göstərir.